Rəsmiləşdirilmiş təhsil tələbə kreditinin ilk 20 ixtisas üzrə bölgüsü açıqlanıb.
FED.az xəbər verir ki, Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında bildirib ki, ilk yeri Biznesin idarə edilməsi ixtisası tutub (187 tələbə):
"Sonrakı yerləri Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (168), İqtisadiyyat (135), Tarix müəllimliyi (128), Tarix və coğrafiya müəllimliyi (113), İbtidai sinif müəllimliyi (111), Maliyyə (94), Xarici dil müəllimliyi (İngilis dili) (94), Menecment (72), Riyaziyyat və informatika müəllimliyi (60), Mühasibat uçotu və audit (56), Marketinq (53), Sosial iş (53), Müalicə işi (42), Təhsildə sosial-psixoloji xidmət (40), Məktəbəqədər təlim və tərbiyə (36), Beynəlxalq münasibətlər (35), Dövlət və bələdiyyə idarəetməsi (34), Filologiya (Azərbaycan dili və ədəbiyyatı) (34) və Hüquqşünaslıq (33) ixtisasları tutur" o deyib. (Apa)