Azərbaycanda bakalavriat səviyyəsində ən bahalı ixtisaslar üzrə təhsil xərcləri 20 faizdən çox artırılıb.
FED.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında əksini tapıb.
Eləcə də bax: Magistraturada təhsil haqları - MƏLUM OLDU – YENİ QƏRAR
Sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində solo oxuma, dirijorluq, bəstəkarlıq və musiqişünaslıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 1380 manat artırılaraq 6 min 820 min manatdan 8 min 200 manata qaldırılıb.
Apa