Bakının mərkəzində yerləşən universitetlərin köçürülməsi istisna edilmir.
Bakıdakı universitetlər köçürülə bilər – VAXT VERİLDİ
FED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, bu məsələ layihə və ilkin təkliflər formatındadır: "Universitetlərin köçürləcəyini deyə bilmirik, amma istisna edilmir. Sadəcə bu, asan məsələ deyil. Bakının mərkəzindəki universitetlərdə 20 000 tələbə təhsil alır və üstəlik, nə qədər müəllim var". (Apa)