“Son dövrlərdə Azərbaycanda tibb təhsilinin kifayət qədər inkişafı müşahidə olunur. Bunun əsas səbəbi tibb təhsilinin əlçatan olmasıdır”.
Bəxtiyar Əliyev: "Tələbələri sonra işlə təmin etmiriksə, nə üçün dövlətin vəsaiti havaya sovrulur?"
FED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun açılış mərasimində deyib.
O bildirib ki, növbəti tədris ilində tibb təhsili sahəsində proqnoz yerlərə münasibətdə 91 faiz dövlət tərəfində maliyyələşəcək.
"Bu o deməkdir ki, hər 100 nəfərdən 91-i dövlət vəsaiti hesabına təhsil alacaq. Həmçinin Xaricdə təhsil proqramları çərçivəsində 917 nəfər 19 ölkənin 105 ali təhsil müəssəsində tibb təhsili alıb". (Apa)