Elm və təhsil nazirinə yeni müşavir təyin edilib.
Elm və Təhsil Nazirliyində yeni şöbələr yaradılıb, təyinatlar olub - SİYAHI
FED.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Bu vəzifəyə Əliyev Elnur Qəzənfər oğlu təyinat alıb. O, həmçinin Təhsil İnstitutunun direktoru vəzifəsini icra edir.
Nazirin digər əmri ilə Elvin Rüstəmov isə Aparat rəhbərinin müavini təyin olunub.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri edilib.