Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşlarına artımı təsdiqləyib.
FED.az xəbər verir ki, maaşların artımı AMEA-nın bütün əməkdaşlarını əhatə etməklə müxtəlif vəzifələr üçün 700 manatdan 80 manatadək dəyişir.
Belə ki, AMEA prezidentinin maaşı 733 manat, 1-ci vitse-prezidentin maaşı 504 manat, vitse-prezidentin maaşı 468 manat artırılıb. Rəyasət Heyəti üzvlərinin maaşında isə 350 manat artım var.
Maaşların artımı barədə qərar sentyabrın 1-dən qüvvəyə minir.
Artımdan əvvəlki və sonra AMEA-da maaşların məbləği aşağıdakı kimidir:
Elmlər Akademiyasında maaşları artırıldı – SİYAHI, MƏBLƏĞLƏR

14:36
12 Avq 2019