SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Dövlət Proqramı, “Erasmus Mundus Birgə Magistr Dərəcələri”, Macarıstanda Təhsil. Hökumətlərarası Təqaüd Proqramı, eləcə də mübadilə proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinə qəbul alan tələbə və məzunlarla görüşüb.
FED.az xəbər verir ki, görüşdə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova da iştirak edib.
Rektor xarici universitetlərdə təhsil almaq hüququ qazanan məzunlarımızı təbrik edib, öz tövsiyələrini verib. Vurğulayıb ki, xaricdə təhsil almaq həm böyük bir məsuliyyət, həm də Azərbaycanın zəngin mədəniyyətini, tarixini və dəyərlərini beynəlxalq arenada tanıtmaq üçün böyük fürsətdir. Məzunlara akademik mühitdə fəal və yeni biliklərə açıq olmalarını və davamlı olaraq özlərini təkmilləşdirmələrini tövsiyə edib.
Sonda Turan Topalova məzunların hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, ölkəmizi xaricdə ən yaxşı şəkildə təmsil edəcəklərinə əminliyini ifadə edib.
Məzunlarımızı təbrik edir, qürur duyuruq!