Nazirlər Kabineti Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlimtərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında qərar verib.
Eləcə də bax: Peyvənd vurdurmayan müəllimlərə maaş veriləcək? - RƏSMİ CAVAB
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində təhsilin pillələri və səviyyələri üzrə 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesi aşağıdakı tarixlərdən başlansın və əyani formada təşkil ediləcək:
- ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində - 2021-ci il oktyabrın 1-dən;
- ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə - 2021-ci il sentyabrın 22-dən;
- ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri, həmçinin təhsilin digər pillələri və digər təhsil müəssisələri üzrə - 2021-ci il sentyabrın 29-dan.