Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün kredit ayırmaq mümkün deyil.
FED.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov bu gün media üçün təşkil edilmiş brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün kredit ayırmaq mümkün deyil. Bu kreditlər sadəcə azərbaycan vətəndaşı olan tələbələr üçün nəzərdə tutulub", - deyə, o bildirib.
Onun sözlərinə görə, gələcəkdə hər hansı zaminlik şərti ilə xarici vətəndaşlara kredit verilmə ehtimalı ola bilər.
"Amma hazırda bununla bağlı heç bir dəyişiklik yoxdur", - deyə o əlavə edib (Trend).