ABŞ-ın Harvard Universiteti dünyanın ən yaxşı ali məktəbi adını qazanıb. FED.az bildirir ki, bu, dünyanın ən yaxşı universitetlərinin reytinqi - "Academic Ranking of World Universities 2018" adlı hesabatında öz əksini tapıb.
Reytinqdə ikinci Stenford Universiteti, 3-cü yerdə isə Böyük Britaniyanın Kembric Universiteti göstərilib. İlk beşlikdə növbəti yerləri ABŞ ali təhsil müəssisələri tutur: Massaçusets Texnologiya İnstitutu və Kaliforniya Universiteti.
Qeyd edək ki, dünyanın ən yaxşı 500 ali məktəbi siyahısında Türkiyə 1, Rusiya 4 və İran isə 2 universitetlə təmsil olunur.