Azərbaycan vətəndaşı olaraq ölkədə və ya xaricdə doktoranturada oxuyan, eləcə də doktoranturaya qəbul olunmaq istəyən çağırışçıların ayrıca qeydiyyatı aparılacaq.
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilməsi təklif edilir
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu Nazirlər Kabinetinin qərarı ilə Əsasnaməsi təsdiqlənən «Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi»ndə nəzərdə tutulub.
Qaydalara əsasən, bu sistemdə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar, eləcə də doktorantura səviyyəsinə qəbul üzrə xarici dil imtahanında iştirak etmək üçün müraciət edənlər barədə məlumatlar əks olunacaq.
Belə ki, fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar barədə məlumatlar: ad-soyad- ata adı, doğulduğu tarix və yer, şəxsiyyətini təsdiq edən sənəd, FİN, qeydiyyat ünvanı, cinsi, elmi dərəcənin verilməsini təsdiq edən sənədin seriyası, nömrəsi, tarixi və elmi dərəcəsi əksini tapacaq.
Eyni zamanda doktoranturaya qəbul olunmağa hazırlaşanlar da sistemdə görünəcək.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələri üzrə qəbul imtahanlarında, doktorantura səviyyəsinə qəbul üzrə xarici dil imtahanında iştirak etmək üçün müraciət edənlər barədə məlumatlar sistemə daxil ediləcək.











