Nazirlər Kabineti “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərara dəyişiklik edib.
Eləcə də bax: Bakalavrlar üçün təhsil xərclərinin miqdarı - MÜƏYYƏNLƏŞİB - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla ayrı-ayrı elm sahələri üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyənləşib.
Qeyd olunub ki, ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.
Elm sahələri |
Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı (manatla) |
1 |
2 |
Riyaziyyat |
2210 |
Mexanika |
2210 |
Astronomiya |
2210 |
Fizika |
2210 |
Kimya |
2210 |
Biologiya elmləri |
2210 |
Yer elmləri |
3640 |
Aqrar elmlər |
3640 |
Tibb elmləri |
5980 |
Texnika elmləri |
2470 |
Əczaçılıq elmləri |
5980 |
Antropologiya |
2470 |
İqtisad elmləri |
2080 |
Coğrafiya |
2210 |
Tarix |
2470 |
Hüquq elmləri |
2470 |
Filologiya elmləri |
2470 |
Pedaqogika |
2080 |
Siyasi elmlər |
2470 |
Psixologiya |
2470 |
Sənətşünaslıq |
2470 |
Sosiologiya |
2470 |
1 |
2 |
Memarlıq |
2990 |
Fəlsəfə |
2470 |
Milli təhlükəsizlik və hərbi elmlər |
2470 |