Bəzi abituriyentlər imtahanlarda onlara təqdim olunan sual kitabçalarına qeyd əvəzinə “hörmət edəcəm” yazırlar.
DİM ötən il imtahanları yoxlayan markerlərə ödədiyi əməkhaqqının məbləğini açıqlayıb
FED.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov deyib.
DİM rəsmisi bildirib ki, imtahanlarda yazılı cavab tələb edən tapşırıqlara bəzi abituriyentlər öz mobil nömrələrini və ya “hörmət edəcəm” qeydlərini yazır:
"Abituriyentlər belə yazaraq tapşırıqdan müsbət bal alacağını düşünür. Amma yoxlama zamanı əlbəttə ki, həmin tapşırıq üçün bal yazılmır”. (Report)