Direktor və direktor müavinləri sertifikasiyaya cəlb olunacaq.
Nazir: “Riyaziyyat müəllimlərinin maaşı 1407 manata çatıb”
FED.az xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev bu gün təşkil edilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, direktor və direktor müavinlərinin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub.
“Bunun nə vaxt olacağını deyə bilmərəm, amma olacaq”, - deyə nazir əlavə edib. (Trend)