“Universitetlərə onlayn dərslərin keçirilməsi Təhsil Nazirliyi tərəfindən tövsiyə edilib”.
Eləcə də bax: Azərbaycanda distant ali təhsil başlamalıdır - 3 ADDIM AÇIQLANDI
FED.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O, universitetlərə işin texnolji tərəfinin də necə qurulması ilə bağlı məlumat verildiyini deyib:
“Karantin müddətində universitetlərdə onlayn dərslərin keçirilməsi doğru addımdır. Universitetlərə bildirilib ki, bu dərsləri hansı proqramlarla keçmək daha əlverişli olar”.
C.Valehov deyib ki, internet imkanı məhdud olan tələbələrlə bağlı isə uyğun addım atılacaq:
“Tələbələrin internetə əlçatanlığı müzakirə olunduqdan sonra onlayn dərslərin təşkili mexanizmi ona uyğun qurulacaq. Universitetin elektron saytında onlayn dərslər mütəmadi olaraq yerləşdiriləcək və tələbə istədiyi vaxt dərsləri ordan izləyə biləcək”.
Modern