2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq.
FED.az APA-ya istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanında iştirak edənlər üçün maksimum bal 300-dür.
M. Abbaszadə qeyd edib ki, abituriyentlər qəbul imtahanında 4 fəndən maksimum 400 bal toplaya biləcək, yekunda ən yuxarı bal 700 olacaq.