Bu tədris ilindən etibarən peşə təhsili sahəsində adambaşı maliyyələşmə sistemi tətbiq ediləcək.
Qarabağda 8 peşə təhsil müəssisəsi tikiləcək
FED.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov deyib.
Onun sözlərinə görə, 3 min tələbə maliyyələşmə əsasında peşə təhsili əldə edəcək.
C.Kərəmov əlavə edib ki, peşə təhsilinin təsnifatı da yeniləcək: "Prosesin növbəti iki il ərzində həyata keçirilməsi planlaşdırılır. 15 min şəxsin qısamüddətli ixtisasartırma proqramlarına cəlbi nəzərdə tutulur". (Report)