II qrup üzrə 290 baldan yuxarı toplayan namizədlər də dövlət sifarişli yerlərə qəbul ola bilərlər.
Bu kateqoriyadan olan tələbələr də - KREDİT ALACAQ - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, II qrup üzrə 200 baldan yuxarı nəticə toplayan abituriyentlərin sayı 6803, 150 baldan yuxarı nəticə göstərənlərin sayı isə 10911 nəfərdir.
“Ümumilikdə 13285 plan yeri ayrılıb. Bu, o deməkdir ki, düzgün ixtisas seçimi aparılsa, heç bir problem yaranmayacaq. Bu qrupda dövlət sifarişli yerlərin sayı isə 4325-dir”, - deyə o əlavə edib.
O əlavə edib ki, II qrupda 150 baldan yuxarı nəticə göstərənlər bir neçə ixtisası seçə bilərlər.