Bu il 33315 müəllim sertifikatlaşdırma prosessinə cəlb olunub.
Emin Əmrullayev tədris ilinin sentyabrın 1-dən başlanmasını - TƏKLİF EDİB
FED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə çıxışı zamanı deyib.
“60 yaş üstü müəllimlərin sertifikatlaşdırma prosesində iştirak etməmə hüququ var. Lakin iki dəfə uğursuz olduqda əmək müqaviləsinə xitam verilə bilər”, - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, ötən il sertifikasiyada uğursuz olan müəllimlər bu il də uğursuz olsalar, əmək müqavilələrinə xitam veriləcək.
“Ötən il uğursuz olan müəllimlər üçün təlim mərkəzləri təşkil edilib. Lakin həmin mərkəzdə iştirakdan imtina edən müəllimlər var. Onların imtina səbəbləri nazirlik tərəfindən araşdırılır”, - deyə nazir qeyd edib. (Trend)