“Bu il universitetlərə qəbul olunanların 46,7 faizi dövlət sifarişi ilə təhsil ala biləcək. Qalan 53.3 faizi isə ödənişli təhsil ala biləcək”.
FED.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
DİM sədri əlavə edib ki, bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlərin açılması nəzərdə tutulur:
M.Abbaszadə həmçinin vurğulayıb ki, dövlət sifarişli yerlərin yalnız 5-8 faizini rus bölməsinin abituriyentləri qazana bilirlər:
“Dövlət sifarişli yerlər üçün Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni zamanda müraciət edir. Azərbaycan bölməsi üzrə müraciət edənlərin sayı daha çox olduğu üçün bu yerlərin böyük əksəriyyətini həmin bölmə üzrə təhsil alanlar tutur”.