Banner

Təhsil və elm

Bu gün Beynəlxalq Müəllim Günüdür

Bu gün Beynəlxalq Müəllim Günüdür | FED.az
10:13 5 Okt 2016
Müəllimlik hər zaman ən şərəfli və təqdirəlayiq peşələrdən biri sayılıb. Hər bir xalqın savadlı gələcəyi onların əlindədir. Bu gün isə əziz müəllimlərimizin peşə bayramıdır.

Qeyd edək ki, Ümumdünya Müəllimlər Günü kimi 5 oktyabr tarixi 1994-cü ildən etibarən UNESCO tərəfindən təsis edilib.

Bu tarix BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə də daxildir.

Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.

Azərbaycanda Müəllimlər günü 1993-cü ildən qeyd olunur.

Digər xəbərlər

Banner