Təhsil və elm

«Bizim tələbələr ABŞ, Britaniya və Fransa diplomları da alacaq» – REKTORDAN AÇIQLAMA

«Bizim tələbələr ABŞ, Britaniya və Fransa diplomları da alacaq» – REKTORDAN AÇIQLAMA | FED.az
10:36 13 İyun 2019

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alan tələbələr təkcə UNEC-in deyil, Avropanın və Amerikanın aparıcı universitetlərinin də diplomlarını, yəni iki diplom ala bilərlər. Bu barədə UNEC-in rektoru Ədilat Muradov FED.az-ın Facebook səhifəsində təşkil edilən CANLI YAYIM-da bildirib. 
Eləcə də bax: Azərbaycanın bu universitetlərinin diplomu Türkiyədə tanınmayacaq – SİYAHI 


Ədalət Muradov bildirib ki, UNEC-in bir sıra aparıcı xarici universitetklərlə əməkdaşlığı təşkp edilib. Bu əməkdaşlıq çərçivəsində İqtisadi Universitetinin tələbələri həmni universitetlərlə birgə təşkil edilən tədris proqramlarına qatılaraq təhsilin sonunda iki – yerli və xarici diplom ala bilərlər.

ELƏCƏ DƏ BAX : Xaricdə dövlət xəttilə oxuyan azərbaycanlılar - İKİ DƏFƏDƏN ÇOX AZALIB

«Xarici universitetlərlə mübadilə sahəsində böyük uğurlarımız var. Türkiyə və Avropa ölkələrinin ali təhsil ocaqları ilə bizim çoxlu sayda proqramlar var. Bundan əlavə bizim xarici universitetlərlə birlikdə iki diplom proqramları da var.

Bizim universiteti seçən tələbələr 4 il müddətində təhsil alıb bitirdikdən sonra İqtisad universitenin diplomu ilə yanaşı digər xarici ölkənin də diplomunu əldə edə bilərlər» – deyə Ədalət Muradov bildirib.

Onun sözlərinə görə, xarici diploma sahib olan tələbələr, nəinki Azərbaycada, həm də həmin universitetlərin olduğu ölkələrdə, ümumiyətlə Avropa İttifaqı ölkələrində işləmək və təhsilini davam etdirmək hüququ qazanacaqlar. 

Fransa Monpelye Universiteti 
“UNEC olaraq Fransanın Monpelye universiteti ilə birlikdə əməkdaşlığımız var. Tələbələrimiz 3-cü kursu Fransada adi çəkilən universitetdə inqilis dilində təhsil alıb daha sonra Azərbaycana gəlib 4-cü kursu bitirir və nəticədə UNEC-lə yanaşı, bu universitetin də diplomunu əldə etmiş olurlar. Bu ilin sentyabrından etibarən isə magistr təhsili almaq istəyənlər də Monpelye universitetində təhsil ala biləcəklər” – deyə Ə.Muradov bildirib. 

London İqtisadiyyat Məktəbi 
Ədalət Muradovun sözlərinə görə, UNEC Avropanın ən nüfuzlu iqtisadiyyat məktəbi olan London İqtisadiyyat Məktəbinin beynəlxalq proqramına da qoşulub. Onun sözlərinə görə bu təhsil ocağında da təhsil 4 ildir. 
«Bizim tələbələrimiz birinci kursu bitirdikdən sonra London məktəbinə qəbul oluna bilərlər. Amma təhsil prosesi Bakıda aparılır, 3 il davm edir, Yəni bizm birinci kursu London Məktəbi foundation kimi qəbul edir». 
Bu proqram üzrə təhsil Bakıda aparılsa da, təhsili London İqtisadiyyat Məktəbi tərəfindən seçilmiş müəllimlər tədris edirlər. İmtahanlar da Azərbaycanda olsa da, «British Consil»da həyata keçirilir. İmtahanın nəticələri Londona göndərilir və ortada qiymətləndirilir: «Yekunda bizim tələbələrimiz həm iqtisad universitetinin həm də nüfuzlu London məktəbinin diplomunu alırlar»- deyə Ədalət Muradov bildirib. 


ABŞ-ın Linkoln universiteti 
“Bizim növbəti təhsil ilində bu sahədə əldə etdiyimiz yeni uğurlardan biri də ABŞ-ın Linkoln universiteti ilə yeni proqramdır. Bizim universitetdə magistraturaya qəbul olmuş tələbələrimiz bir il Amerikada təhsil alacaqlar. Bu ikili diplomun ən əsas üstünlüyü ondan ibarətdir ki, Amerikada təhsil aldıqları müddətdə ABŞ-da işlə məşğul olmaq lisenziyaları da olacaq. İkinci məsələ isə odur ki, bizdə magistr təhsili alan tələbələr Linkoln universitetinin pqroramını bizdə də dinləyə bilərlər. Amma burda şərt ondan ibarətdir ki, 14 dərsindən 11-ni burada Amerikadan olan müəllimlər deməlidirlər” –deyə Ədalət Muradov qeyd edib. 

Litva və İsveç universitetləri 
Ədalət Muradov həmçinin onu da qeyd edib ki, UNEC-in Litvanın Mikolas Rameros Universiteti və İsveçrənin YUBES universiteti ilə magistr səviyyəsində iki diplom proqramı var. Onun sözlərinə görə burada adı çəkilən ölkənin universitetləri tərəfindən tələb olur ki, tələbə təhsilin 6 ayını bu ölkələrdə alsınlar. 

İkili diplom proqramlarında UNEC-in maddi-marağı yoxdur 
Ədalət Muradov bildirib ki, xarici universitetlərdə paralel təhsil almaq istəyən UNEC tələbələri buna görə, ödəniş edəcəklər, amma bu ödənişin məbləği həmin universitetlərdəki təhsil haqqından qat-qat aşağıdır: «İkili diplom proqramları ödənişlidir. Tələbələrimizin bəhrələnəcək bu proqramlarda İqtisad Universititenin maliyyə marağı yoxdur. İqtisad Universiteti olaraq bu proqramlara görə tələbələrdən ödəniş tələb etmirik, yəni bu vəsait yalnız xarici Uniuersitetə ödəniləcək» –deyə universitet rektoru bildirib. 
Üstəlik, təhsil haqqı həmin universitetlərin xaricdəki təhsil haqqından qat-qat azdır: «Məsələn, London İqtisadiyyat Məktəbində Londonda təhsil haqqı 20 min funt təşkil edir. Azərbaycanda isə UNEC-in xətti ilə London İqtisadiyyat Məktəbinin proqramı ilə təhsil alan tələbələr bundan 5 dəfə az məbləğ - 4 min funt ödəməli olacaqlar». 
Qeyd edək ki, London İqtisadiyyat Məktəbinin dünyanın istənilən kampusunda təhsil alan tələbələr diplom üçün Londonda keçirilən mərasimə qatılmalıdırlar. Bu il bu məktəbdə UNEC –in ilk məzunlarının olacağı bildirildi. 

Bu diplomlarla xaricdə də işləmək mümkün olacaq 
Onun sözlərinə görə, xarici diploma sahib olan tələbələr, nəinki Azərbaycada, həm də həmin universitetlərin olduğu ölkələrdə, ümumiyətlə Avropa İttifaqı ölkələrində işləmək və təhsilini davam etdirmək hüququ qazanacaqlar.

Digər xəbərlər