“Ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir”.
FED.az xəbər verir ki, bu barədə bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, əməkhaqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdlərin 64% -ni təşkil edir:
“Hazırda ölkə üzrə 897 direktor 1000 manatdan yüksək əməkhaqqı alır. Onlardan 285 nəfərin əməkhaqqı 1000-1500 manat, 456 nəfərin əməkhaqqı 1500-2000 manat aralığındadır.
156 direktorun əməkhaqqı isə hazırda 2000 manatdan yüksəkdir. Əlavə olaraq qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasının nəticələrinə müvafiq olaraq 2022-ci ildə 9000-ə yaxın, 2023-cü ildə isə 23 000 mindən çox müəllimin əməkhaqqına əlavələr tətbiq olunub. Ümumilikdə, 32 000 minə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir”.