Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin elmi işlər üzrə prorektoru Baranova Mariyanın rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
FED.az xəbər verir ki, kampusu gəzən qonaqlara burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verilib.
Görüş zamanı ali təhsil müəssisələri arasında əməkdaşlıq münasibətləri, eləcə də elmi layihələr üzrə birgə işlərin görülməsi və tələbə mübadiləsi müzakirə olunub.