Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində yoxlamalar başlayıb.
FED.az Yenicag.az-a istinadən xəbər verir ki, ötən gündən etibarən ali təhsil ocağına giriş-çıxış bağlanılıb, hər tərəf möhürlənib. Yoxlamaları bir neçə qurumun ortaq apardığı bildirilir. Yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər.
Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir.
BDU-da yoxlama başlayıb

09:09
19 Noy 2018