Təhsil və elm

BDU-da maraqlı təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi

BDU-da maraqlı təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi | FED.az
13:21 14 Yan 2019
Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi baş verib.
 
FED.az strateq.az-a istinadən xəbər verir ki, universitetin rektor əvəzi Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədova vəzifəsindən azad edilib.
 
Rektorun digər əmri ilə Nazim Məcidov BDU-nun Kadrlar şöbəsinin müdiri təyin edilib.
 
N.Məcidov xəbəri təsdiqləyib: "Yanvarın 11-də BDU rektorunun əmri ilə Kadrlar şöbəsinin müdiri təyin olunmuşam”.
 
Qeyd edək ki, Nazim Məcidov bu təyinata qədər uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
 

 

Digər xəbərlər