Magistraturaya qəbul imtahanlarında ÖLKƏ BİRİNCİSİ - Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Fidan Babayeva oldu.
FED.az xəbər verir ki, Fidan 93 bal toplayaraq (essesiz) (95 üzərindən) möhtəşəm nəticə göstərib.
Bundan başqa, Fidan BANM-da son imtahan sessiyasında ortalama 100 üzərindən 99 bal nəticə göstərib.
Fidan həm də, SOCAR Gənc İstedadlar Proqramının iştirakçısıdır.
İstedadlı tələbəmizi ürəkdən təbrik edirik!