SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının tələbəsi Gülşən Əkbərova Imperial College London-un MSc Advanced Chemical Engineering magistr proqramına qəbul alıb.
FED.az xəbər verir ki, QS World University Rankings-ə görə, Avropanın birinci, dünyanın isə ikinci ən yaxşı universitetidir.
Bununla yanaşı, University College London (UCL, dünya üzrə TOP 9) və Erasmus Amir proqramlarından da qəbul alıb.
Gülşən Əkbərova 2020-ci ildə 653 balla BANM Kimya mühəndisliyi ixtisasına daxil olub.
Tələbəlik illərində:
GreenTech startup və yaşıl texnologiyalar üzrə keçirilən müsabiqədə komandası ilə l yerə layiq görülüb.
Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında ll yer,
IV Elmi Konfransda isə komandası ilə birlikdə lll yeri qazanıb.
Tələbəmizi təbrik edir, onunla qürur duyuruq!