Fransız-Azərbaycan Universiteti (UFAZ) və PAŞA Bank ASC-nin birgə təşkilatçılığı ilə keçirilmiş 48 saatlıq BankTech Hakatonunda tələbələrimiz böyük uğura imza atıblar!
FED.az xəbər verir ki, 170-dən çox komanda arasından seçilən 15 finalçı arasında yarışaraq ZENGEZUR BHOS komandamız üçüncü yerin qalibi olub!
Komandamızın üzvləri:
Çingiz Məmmədov – Biznesin idarə edilməsi ixtisası , III kurs tələbəsi.
Qüdrət Abbaslı – Biznesin idarə edilməsi ixtisası , III kurs tələbəsi.
Vüsal Hüseynov – İnformasiya təhlükəsizliyi ixtisası, I kurs tələbəsi.
Mehin Əliyeva – İnformasiya təhlükəsizliyi ixtisası, II kurs tələbəsi.
Komandamız real vaxtda şübhəli əməliyyatları müəyyənləşdirən və qarşısını alan avanqard fırıldaqçılıq aşkarlama sistemi üzrə innovativ həll hazırlayıb.
Tələbələrimiz 1000 AZN dəyərində mükafat və PAŞA Bank-ın “ZirvədəSən” təcrübə proqramında iştirak imkanı qazanıblar!
Komandanın mentoru — Bakı Ali Neft Məktəbinin İnnovasiya və tədqiqatlar mərkəzinin rəhbəri Emiliya Əhmədovadır.
Tələbələrimizi bu möhtəşəm uğur münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!