Bakı Ali Neft Məktəbinin (BANM) Neft və Qaz Texnologiyaları ixtisasının I kurs magistratura tələbəsi Almaz Heydərova və BANM-ın Kimya mühəndisliyi ixtisasının 2024-cü il məzunu Günel Rəhimli Yeni Zelandiyanın Oklend şəhərində keçirilən ICOSSE’25 (International Congress on Sustainability Science & Engineering) beynəlxalq konfransında ölkəmizi təmsil ediblər.
FED.az xəbər verir ki, “Tullantı çap elektron lövhələrindən qızılın səmərəli çıxarılması” mövzusunda müzakirə sessiyalarında iştirak və poster təqdimatı ediblər. Səfər “AzerGold” şirkətinin dəstəyi ilə baş tutub. Burada beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və innovativ həllərə dair müzakirələrdə iştirak etmək imkanı əldə ediblər.
Konfrans çərçivəsində müzakirə olunan əsas mövzular:
Tullantıların idarə olunması və təkrar emal üçün innovativ texnologiyalar
Resursların bərpasına dair dayanıqlı yanaşmalar
Rəqəmsallaşma və süni intellektin sənaye proseslərinə inteqrasiyası
Müxtəlif sənaye sahələrində dövri iqtisadiyyat strategiyaları
Tələbələrimizi təbrik edir, qürur duyuruq!