Elçin Allahverdili - BANM Neft-qaz mühəndisliyi ixtisasının məzunudur.
FED.az xəbər verir ki, 2014-cü ildə 680 balla qəbul olub.
2019-2021-ci illərdə BANM-ın MBA proqramında oxuyub. Biznesin təşkili və idarə edilməsi ixtisasını bitirib.
BANM ilə Cenevrə Biznes Məktəbinin ikili diplom proqramının da məzunu olub. GBS Neft və qaz menecmenti üzrə təhsil alıb.
Tələbəlik illərində “Enactus” komandasının kapitanı, tələbə klublarının sədri olub. Komandası ilə birgə dəfələrlə l yeri qazanıb.
“Breyn Rinq” bilik yarışında Ali Məktəbi təmsil edib.
“eProject Group”un təşkil etdiyi yarışda 300-dən çox tələbə arasından I yeri tutub.
Üç ildir ki, “Halliburton” şirkətində Quyuların tamamlanması üzrə mütəxəssis vəzifəsində çalışır.
“Forbes Global” da dünyanın ən böyük şirkətləri sırasında yer alan transmilli şirkətdir.
Qazaxıstan və Qətərə ezam olunaraq, orada tamamlama işlərini həyata keçirib.
“Azneft” İB-də Qazma mühəndisi və Sahə mühəndisi kimi çalışıb. (2 il)