SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Təhsil Şurasının (YÖK) sədri professor Erol Özvarla görüşüb.
BANM-dən FED.az-a bildirilib ki, görüş rektor Elmar Qasımovun Avrasiya Ali Təhsil Sammiti və Sərgisində (EURIE 2025) iştirakı çərçivəsində keçirilib. Rektor Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlıq barədə məlumat verərək, BANM-də türkiyəli tələbələrin təhsilə cəlb edilməsi istiqamətində maraqlı olduqlarını və bu məqsədlə müvafiq tədbirlərin görülməkdə olduğunu diqqətə çatdırıb.
Tədbir zamanı YÖK sədri Erol Özvar, Malayziyanın ali təhsil naziri Zambry Abd Kadir, eləcə də Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, İstanbul Aydın Universitetinin Qəyyumlar şurasının sədri professor Mustafa Aydın Bakı Ali Neft Məktəbinin stendi ilə tanış olublar.
Stenddə məktəbin tədris imkanları, beynəlxalq proqramları və əldə etdiyi nailiyyətlər təqdim olunub.