SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İstanbulda keçirilən Avrasiya Ali Təhsil Sammiti və Sərgisində (EURIE 2025) iştirak edib.
FED.az xəbər verir ki, səfər çərçivəsində Koç Universitetinin rektoru Prof. Dr. Metin Sitti ilə də görüşüb.
Görüşdə birgə doktorantların hazırlanması istiqamətində müzakirələr aparılıb.
Həmçinin, iki universitet arasında tədris və tədqiqat sahələrindəki əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə fəaliyyətlərin həyata keçirilməsi barədə razılığa gəlinib.