SOCAR-ın Bakı Ali Neft Məktəbinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları İradə Əhmədova və Arzu Bədəlova İndoneziya Respublikasının Azərbaycandakı səfirliyinin üçüncü katibi xanım Wanda Windya ilə görüş keçiriblər.
FED.az xəbər verir ki, görüş zamanı təhsil və mədəniyyət sahəsində əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub.
Tədbirdə BANM-in fəaliyyəti, növbəti tədris ili üzrə qəbul kampaniyası çərçivəsində təqdim olunan proqramlar, həmçinin İndoneziyalı tələbələr üçün mövcud təqaüd imkanları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, xanım Wanda Windya İndoneziya səfirliyində təhsil və mədəniyyət sahəsində əməkdaşlığa məsul şəxsdir.