Bakı Ali Neft Məktəbinin 2024-cü il məzunu, hazırda Böyük Britaniyanın Edinburq Universitetində tam təqaüdlü doktorantura təhsili alan Fərhad Ağayev bu universitetdə Rəqəmsal bacarıqlar üzrə təlimçi kimi çalışmağa başlayıb.
FED.az xəbər verir ki, o, Alan Turing Tədqiqat Mərkəzinin təqaüdçüsüdür və "Koqnitiv funksiyaların kəmiyyət modelləşdirilməsi" mövzusu üzrə elmi araşdırmalar aparır.
2019-cu ildə 649.6 bal toplayaraq Neft-qaz mühəndisliyi ixtisasına qəbul olub.
2024-cü ildə Dövlət Proqramının qalibi kimi Edinburq Universitetində Süni intellekt ixtisası üzrə magistratura təhsili alıb və 2025-ci ildə uğurla başa vurub.
Digər nailiyyətləri:
BANM-də “Fizika Klubu”nun sədri olub.
“Technest” təqaüd proqramının qalibi olub.
bp şirkətində əvvəlcə neft mühəndisi üzrə təcrübəçi, daha sonra yarımştat mühəndis olub.
“Microsoft Learn Tələbə Səfiri” proqramına qəbul olunub.
“Python ilə Data Elmi” proqramını fərqlənmə sertifikatı ilə bitirib.
“Məlumatların emalı: Maşın öyrənməsindən Dərin öyrənməyə qədər” proqramında iştirak edib.
Qürur duyuruq!