SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Climasel” komandası “Bizdən Biznesə” startap müsabiqəsinin qalibi olub.
BANM Kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova növbəti uğura imza atıblar.
Qaliblərə “AccessBank” tərəfindən 25,000 AZN dəyərində mükafat təqdim edilib. Bu mükafat qalib komandanın biznes planını həyata keçirməsi üçün dəstək olacaq.
Müsabiqə Azərbaycanda biznesə daim innovativ və əlçatan maliyyə həlləri təqdim edən AccessBank-ın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunur.
500-dən artıq müraciət daxil olub və münsiflər heyəti tərəfindən seçilib.
Tələbələrimizi təbrik edir, onlarla qürur duyuruq!