SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri PAŞA Holdinq tərəfindən təşkil edilən “Future Shapers” inkişaf proqramının qalibi olublar.
FED.az xəbər verir ki, onlar İnformasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Ruslan Murtuzov və Kompüter mühəndisliyi ixtisasının III kurs tələbəsi Tamerlan Ağayevdir. “Safe Life” komandası tərkibində iştirak edən tələbələrimiz 3 mərhələdən ibarət olan seçim prosesindən uğurla keçiblər. Nəticədə “İnnovasiya və Məhsul Simulyasiyası” final mərhələsinə iştirak hüququ qazanıblar və “Endowment Insurance” sahəsində innovativ həll yolu təqdim edərək I yerə layiq görülüblər.
Qeyd edək ki, proqram PAŞA Holdinqin Öyrənmə və İnkişaf mərkəzi olan PAŞA Hub tərəfindən təşkil olunur. Məqsəd istedadlı universitet tələbələrini və yeni məzunları aşkar etmək, onların inkişafına töhfə vermək, eləcə də gənclərə bazarda yaranan yeni rollar barədə məlumat verməkdir.