SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Meta Yeast” komandası “GreenTech” II Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin qalibi olub.
FED.az xəbər verir ki, komanda “Davamlı inkişaf üçün sosial innovasiyalar” kateqoriyası üzrə I yeri qazanıb.
QALİBLƏR: Kimya mühəndisliyi ixtisasının III kurs tələbələri
Murad İmamverdizadə
Günəş Lətifova
Ləman Mehtiyeva
Ruslan Rüstəmzadə
Nərmin Nəbiyeva
Komandanın mentoru isə Kimya mühəndisliyi kafedrasının rəhbəri Rima Quliyevadır.
Gənclər Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən müsabiqədə 30 ali təhsil müəssisəsindən 80 komanda iştirak edib.
Tələbələrimizi təbrik edir, onlarla qürur duyuruq!