Aidə Aslanova Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi, akademik uğurları ilə gənc alimlər arasında seçilənlərdəndir.
FED.az xəbər verir ki, o, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyasını fərqlənmə ilə bitirib və Prezident təqaüdçüsü olub.
675 balla BANM Neft-qaz mühəndisliyi ixtisasına qəbul olub. Ali Məktəb birincisi olub, bakalavriatı qırmızı diplomla bitirib.
Şotlandiyanın Heriot-Watt Universitetində mübadilə proqramı ilə 1 semestr təhsil alıb. Burada fərqlənmə diplomunu (Honored Degree) alıb. Almaniyanın DAAD təqaüd proqramının qalibi olub.
Habelə, BANM-ın Yatağın qiymətləndirilməsi və idarə olunması ixtisasına 90 baldan yuxarı nəticə ilə qəbul olub. 2019-cu ildə BANM və Heriot-Watt Universitetini ikili diplom proqramı üzrə bitirib.
2021-ci ildə Neft və qaz yataqlarının işlənməsi və istismarı ixtisası üzrə Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olub. Bu müddət ərzində professor Fuad Vəliyevlə birgə 25-dən çox elmi əsəri beynəlxalq və yerli jurnallarda və konfranslarda o cümlədən ABŞ, Yaponiya, İsveç, Qazaxıstan, Estoniya, Rusiya, Belarusiya və Türkiyədə təqdim olunub.
2023 və 2024-cü illərdə həmmüəllifi olduğu elmi əsərlər AMEA-nın Yer Elmləri Bölməsi tərəfindən "İlin ən mühüm nəticəsi" adına layiq görülüb. Adətən iki il ardıcıl eyni müəlliflər bu ada seçilmir, lakin onların işi hər iki ildə istisna olaraq qalib olub.
8 məqaləsi “SCOPUS”, “Springer Nature” və “Veb of Science” indeksli beynəlxalq reytingli jurnallarda dərc olunub."Electrokinetic regulation of flow in microcrack reservoirs" adlı təqdimatı Yaponiyanın Osaka şəhərində keçirilən “SCOPUS” indeksli Beynəlxalq Kimyəvi Termodinamika konfransında yüksək qiymətləndirilib və GRANT-a layiq görülüb.
"Electrokinetic regulation of fluid flow in microchannels" adlı kitab bölümü IntechOpen nəşriyyatının SCOPUS indeksli "Hydraulic Engineering-Cutting Edge" adlı kitabında nəşr olunmaq üçün dəvət alıb.
Məzunumuzu təbrik edir, qürur duyuruq!