SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) I kurs tələbələri “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”nın qalibi olublar.
FED.az xəbər verir ki, onlar Sadiq Axundlu, Fidan Əfəndizadə, Aytac Əliyeva, Məhəmməd Kərimov və Anar Qurbanovdur.
Proqram Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Tələbələr aylıq təqaüd qazanmaq imkanı əldə ediblər.
Təqaüd proqramına ümumilikdə 306 nəfər müraciət edib, 23 nəfər qalib olub.