SABAH.HUB-ın Baş icraçı direktoru Rəhim Bayramlının rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
FED.az xəbər verir ki, görüşdə həmçinin SABAH.HUB-ın idarə heyətinin üzvü Fərhad Paşayev, Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov və qurumun əməkdaşı Abutab Abbasova iştirak ediblər.
BANM rektoru Elmar Qasımovla görüşdə "SABAH City" texnoparkı və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Təhsil və innovasiya sahəsində yeni layihələrin həyata keçirilməsi imkanları da nəzərdən keçirilib.