SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin rektoru Gülzadə Şakulikova arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
FED.az xəbər verir ki, sənədin imzalanma mərasimi “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə” həsr olunmuş “dəyirmi masa” çərçivəsində baş tutub.
Tədbirdə Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, həmçinin hər iki ölkənin qabaqcıl universitetlərinin rektorları iştirak ediblər.
Məqsəd Azərbaycan və Qazaxıstan arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsidir.