SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Acwa Power” şirkətinin Azərbaycandakı nümayəndələri ilə görüşüb.
FED.az xəbər verir ki, görüşdə şirkətin Müqavilələr və İnstitusional Əlaqələr üzrə meneceri Süleyman Babayev və Ətraf Mühit və Sosial Məsələlər üzrə meneceri Ceyhun Sultanov iştirak ediblər.
Tərəflər yaşıl iqtisadiyyata keçidin dəstəklənməsi və inkişafı üçün əməkdaşlıq mühitinin təşviqi sahəsində şirkətin təcrübəsini müzakirə ediblər.
Bir sıra əməkdaşlıq sahələri üzrə memorandum imzalamaq barədə razılığa gəliblər.