FED.az SOCAR-ın saytına istinadən xəbər verir ki, BANM-nin İngilis dili və humanitar fənlər Mərkəzi tərəfindən təşkil olunmuş festivalda tələbələrdən ibarət 14 komanda iştirak edib.Festival çərçivəsində üç müsabiqə - yumurta döyüşü, şirniyyatın sürətlə yeyilməsi və xonça müsabiqəsi təşkil olunub.
Müsabiqəyə tələbələrin hazırladığı 20 xonça təqdim edilib. Festivalda ən zövqlü xonça tərtibatına görə “İngilis N2” qrupu qələbə kubokunu qazanıb. BANM-in “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Asəf Səfərov yumurta döyüşü müsabiqəsində, “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Fərid Tağıyev isə şirniyyatların sürətlə yeyilməsi müsabiqəsində qalib olmuşdur. Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov qalib tələbələri və məktəbin müəllim-tələbə heyətini Novruz bayramı münasibəti ilə təbrik edib.