SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) MBA proqramı üzrə "Açıq qapı" günü keçirilib.
FED.az xəbər verir ki, MBA Mərkəzinin müdiri Cahan İsmayılova tədbir iştirakçılarına proqram çərçivəsində təklif olunan ixtisaslar, keçid balları, təhsil haqqı, sənəd qəbulu prosesi və dərslərin təşkil olunma vaxtı barədə geniş təqdimatla çıxış edib.
Tədbirdə MBA proqramının məzunları – Fərəc Qasımov və Orxan Məmmədli də çıxış edərək, təhsil müddətində qazandıqları bilik və bacarıqlardan, eləcə də karyera inkişaflarında proqramın oynadığı roldan danışıblar. Onlar gələcək tələbələrə öz tövsiyələrini verərək proqramdan maksimum yararlanmağın yollarını bölüşüblər.
Sonda iştirakçıların sualları cavablandırılıb və onlar BANM-ın Ağ şəhərdə yerləşən müasir kampusu ilə tanış olublar.