Bakı Ali Neft Məktəbində (BANM) Almaniyanın nüfuzlu akkreditasiya qurumu olan ASIIN tərəfindən təhsil proqramlarının beynəlxalq akkreditasiyası məqsədilə ekspert qiymətləndirməsi aparılıb.
FED.az xəbər verir ki, qiymətləndirmə zamanı tədris proqramlarının məzmunu, əmək bazarına uyğunluğu, müəllim heyətinin ixtisas səviyyəsi və universitetin inkişaf strategiyası ətraflı müzakirə edilib. Ekspert komissiyasında ASIIN təmsilçiləri ilə yanaşı Almaniyanın fərqli ali məktəblərindən professorlar, sənaye nümayəndələri və tələbələr iştirak edib.
BANM-ın rektoru Elmar Qasımov qonaqları salamlayaraq universitetin yaranma tarixi, gənc və dinamik heyəti, həmçinin beynəlxalq standartlara uyğunlaşma istiqamətində görülən işlər barədə məlumat verib.
Proqram çərçivəsində bir sıra görüşlər keçirilib, tədris və tədqiqat laboratoriyalarına baxış təşkil olunub.