SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Açıq qapı” günü keçiriləcək.
Tarix: 15 May 2025
Məkan: Bakı Ali Neft Məktəbi (BANM) Kampusu
FED.az xəbər verir ki, bu tədbir, ali təhsil almaq istəyən gənclərə BANM-in tədris proqramları, kafedraları və imkanları ilə yaxından tanış olmaq imkanı yaradacaq.
Kampus turu və məlumat sessiyaları sayəsində, BANM-ın tədris mühiti və imkanları haqqında ətraflı məlumat əldə edə biləcəksiniz.
Tədbirə qatılmaq istəyənlərə öncədən qeydiyyatdan keçmələri tövsiyə olunur.
Qeydiyyat linki: https://forms.office.com/r/82HdvmXbpk