Bakıda yeni universitet şəhərciyi yaradılacaq.
Bakıda çoxmərtəbəli dayanacaqlar tikiləcək - PLAN AÇIQLANDI
FED.az xəbər verir ki, paytaxtın yeni açıqlanan Baş Planında nəzərdə tutulub.
Plana görə, «Bakı şəhərındə universitet şəhərciyi» adlanan ərazi - yeni bilik-biznes rayonu kimi fəaliyyət göstərəcək.
Bu şəhərciyin yaradılmasında 2 əsas məqsəd var. Bunlardan birincisi Mərkəzi Bakı ərazisində nəqliyyat sıxlığının qarşısını almaqdır. İkinci məqsəd isə Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsi yaratmaqdır.
Yeni universitet şəhərciyinin Ziya Bünyadov prospektinini yaxınlıgında, Neft Şirkətinini binasının arasında və "Ulduz" metro stansiyasına yaxım ərazidə yaradılması planlaşdırılır.
Universitet şəhərciyi Hibrid Yaşıl Dəhlizlər şəbəkəsinə bütünlüklə inteqrə ediləcək ki, bu da əraziyə aşağı sürətli nəqliyyat vasitələri ilə gediş-gəliş imkanı təmin edəcək.
Yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri təmin ediləcək. Universitet şəhərciyi yaxınlıqda cəlbedici ticarət və qarışıq istifadə xidmətləri təklif edən yeni İNYŞ sistemlərinin (dəmir yolu, metro və avtobus xidmətləri) üstünlüklərindən faydalanacaq.
Mərkəz daxilində həmçinin əraziyə əlavə inzibati xidmətlər göstərən özəl və dövlət qurumları yerləşəcək. Nəticədə, tədqiqat klasteri və İNYŞ sistemi birləşərək universitet şəhərciyini Bakının yeni Bilik Biznes Mərkəzinə çevirəcək.