"Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi əksini tapacaq.
Azərbaycanda 50 min müəllim ixtisar oluna bilər
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, bu məsələ barədə hazırda müzakirəmərhələsindəolan "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsində müvafiq illər üzrə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub.
Eyni zamanda, bölgələrdə yeni universitetlərin tikintisi məsələsinə aidiyyəti sifarişçi təşkilatların əsaslandırılmış təklifləri təqdim olunduğu təqdirdə Azərbaycan Prezidentinin 2024-cü il 20 dekabr tarix 257 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası monitorinqi və qiymətləndirilməsi Qaydaları"nın tələblərinə uyğun büdcənin imkanları çərçivəsində prioritetlik əsasında baxılacaq.











