Banner

Təhsil və elm

Bakıda Britaniya Kollecinin şagirdlərinin - Məzun Günü Keçirilib

Bakıda Britaniya Kollecinin şagirdlərinin - Məzun Günü Keçirilib | FED.az
18:13 10 İyun 2021

İyunun 10-da Azərbaycan Britaniya Kollecinin 13-cü sinif şagirdlərinin məzun günü tədbiri keçirilib.

FED.az xəbər verir ki, tədbir Böyük Britaniyanın ölkəmizdəki səfiri cənab Ceyms Şarpın şəxsi iqamətgahında baş tutub.

Bu il ABC-dən məzun adını qazanmış 13 şagird dünyanın müxtəlif nüfuzlu universitetlərinə qəbul olmuşlar.

Tədbiri açıq elan edən Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab Ceyms Şarp öz ürək sözlərini məzunlara çatdırdı. Təhsilin şagirdlərin gələcək həyatındakı mühüm rolundan bəhs etdi.

Daha sonra SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidentinin müşaviri  İlkin Aslanov çıxış edərək, şagirdləri təbrik etdi.

Eyyubov Səid çıxış edərək, öz məzun yoldaşlarını təbrik etdi və onları daim irəli getməyə, daha uca zirvələrə çatmağa arzuladı.

Bu il ABC-dən 13 şagird məzun olmuşdur. Onlardan Dinana Maşevskaya 2 illik A level kursunu 1 il ərzində tamamlayaraq, Amsterdam Universitetinin Biznesin İdarəolunması fakultəsinə qəbul olmuşdur.

Salar Ardebili, məktəbin Tələbə şurasının xəzinədarı vəzifəsində çalışmış, bilik yarışmasında qızıl medal qazanmış və Londonun Brunel Universitetinə Mexaniki mühəndislik fakültəsinə qəbul olumşdur.

Morokkodan məktəbimizə qəbul olmuş Anastazja Bazus Londonun Queen Mary Universitetinin İngilis və Fransız Hüquq fakultəsinə qəbul olmuşdur.

Eyyubov Səid, “2017 Genius Global Environmental Issues and US Olympiad” Olimpiadasında qızıl medal qazanmışdır. Səid Böyük Britaniyanın bir sıra nüfuzlu universitetlərdindən qəbul təklifi alsa da, təhsilini Amerikanın nüfuzlu universiteti olan Berkeley universitetində Mexanika Mühəndisliyi fakültəsinə qəbul olmuşdur.

Luis Enrique Julia Lander məktəbimizə Çilidən qəbul olmuşdur. Exeter Universitetində Beynəlxalq siyasət və film fakültəsinə qəbul olmuşdur.

Tələbə şurasında xəbərlər üzrə menecer vəzifəsində çalışmış, Bilik yarışmasında qızıl medal qazanmış Əlixanlı Əsmər Vita Salute San Raffaelle Universitetinin Beynəlxalq Tibbi fakültəsinə qəbul almışdır.

Nəzrin Dadaşlı, Tələbə Şurasında vitse president vəzifəsində çalışmış, tədbirlərin təşkil olunması üzrə kordinator olmuş və Bilik yarışmasında qızıl medala layiq görülmüşdür.  Nəzrin Newfoundland  Memorial universitetinin Dəqiq elmlər fakultəsinə qəbul olmuşdur.

Tələbə şurasının prezidenti olmuş, 3 dəfə Bilik yarışmasında qızıl medal qazanmış Cavid Quliyev Kanadanın prestijli universiteti olan Toronto Universitetinin Sənət və Elm fakültəsinə qəbul olmuşdur.

ABC-nin çalışqan şagirdlərindən olan Ülvi Ələsgərov Charles Universitetiinin Tibb fakültəsinə qəbul olmuşdur.

Bilik yarışmasında qızıl medal qazanmış Kənan Mirzoyev Vita Salute San Raffaelle Universitetinin Tibb fakültəsinə daxil olmuşdur.

2014-cü ildən ABC-nin şagirdi olan Ceren Tasbag Türkiyənin nüfuzlu universiteti olan Koç universitetinin Molekulyar Biologiya və genetika ixtisasına qəbul olmuşdur.

Alika Gadjiyeva, 2014-cü ildən ABC-də təhsil alır və Concordia Uniersitetinin Siyasi elmlər fakültəsinə daxil olmuşdur.

ABC-nin daha bir istedadlı şagirdi olan Ayan Həmidova Türkiyənin Bilkend və ODTÜ universitetlərinə Molekulyar Biologiya ixtisasına müraciət etmişdir və nəticələri gözləyir.

Məzun  gününün digər qonağı Britaniya Konsulluğunun İngilis dili və Təhsil departamentinin rəhbəri Nərgiz xanım Hüseynova çıxış edərək, şagirdlərimizə gələcək həyatlarında uğurlar arzulamış və bundan da gözəl nailiyyətlər qazanmalarını arzulamışdır.

Məktəbin direktoru cənab Karl Lander çıxış edərək, şagirdlərimizi təbrik etmiş, dünyanın nüfuzlu universitetlərinə qəbul olduqlarına görə uğurlar arzu etmişdir.

Sonda bağlanış çıxışı edən məzunumuz Cavid Quliyev ABC-də şagird olduqları dövlərlə bağlı xoş xatirələrini paylaşdı və onların həyatında əvəzedilməz  rolu olan müəllimlərinə təşəkkürünü bildirmişdir.

Sonda məzunlarla xatirə şəkilləri çəkildi və səmimi söhbət aparıldı.

Bakıda Britaniya Kollecinin şagirdlərinin - Məzun Günü Keçirilib | FED.azBakıda Britaniya Kollecinin şagirdlərinin - Məzun Günü Keçirilib | FED.az
Banner

Digər xəbərlər